Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq
Aprel 17
17:35
2024
Bu ilin ilk 2 ayı ərzində Azərbaycandan xarici ölkələrə 222,8 ton saflaşdırılmamış, əla növ birinci sıxma zeytun yağı ixrac olunub.
Qeyd edək ki, Azərbaycan zeytun yağını aşağıdakı ölkələrə satıb:
İspaniya – 110 ton (1 litri 9,4 manata)
Rusiya – 49,6 ton (1 litri 12,4 manata)
İsrail – 44 ton (1 litri 7,7 manata)
Türkiyə – 19,3 ton (1 litri 7,2 manata)
Tacikistan – 5,5 ton (1 litri 7,8 manata)
Onu da qeyd edək ki, bu ilin mart ayında Azərbaycanda zeytun yağının pərakəndə satış qiyməti 16,2 manat olub. Açıqlanan məlumatlardan da göründüyü kimi, ölkə daxilində satılan zeytun yağının qiyməti həm ixrac, həm də idxal olunan zeytun yağının qiymətindən yüksəkdir.
Yeniavaz.com xəbər verir ki, ixrac olunan zeytun yağının 1 litrinin orta gömrük dəyəri 5,6 dollar (9,5 manat) olub.
İspaniya – 110 ton (1 litri 9,4 manata)
Rusiya – 49,6 ton (1 litri 12,4 manata)
İsrail – 44 ton (1 litri 7,7 manata)
Türkiyə – 19,3 ton (1 litri 7,2 manata)
Tacikistan – 5,5 ton (1 litri 7,8 manata)
Məlumat üçün onu da bildirək ki, Azərbaycan xaricə satdığı saflaşdırılmamış, əla növ birinci sıxma zeytun yağının əvəzində xaricdən ölkəyə 312,2 ton zeytun yağı idxal edib. İdxal olunan zeytun yağının 1 litrinin orta gömrük dəyəri 3,5 dollar (6 manat) olub. İxracda olduğu kimi idxalda da ən çox pay İspaniyanın payına düşüb. Bu ilin ilk 2 ayında Azərbaycan İspaniyadan 147,5 ton zeytun yağı idxal edib. İspaniyadan gətirilən zeytun yağının 1 litrinin orta gömrük dəyəri 4 dollar (6,7 manat) olub.