SON XƏBƏR

Sahib Məmmədovdan müəmmalı əmr: 9 ay əvvəl təyin etdiyi müdiri işdən çıxardı

Oktyabr 24
15:32 2025
"Bilgəh" Kardioloji Sanatoriyasının direktoru, kardioloq Afiyəddin Məmmədov tutduğu vəzifədən azad edilib.

Qlobal.az xəbər verir ki, Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov əmr imzalayıb.

Qeyd edək ki, o bu vəzifəyə ötən ilin dekabrında təyin edilmişdi.
 
***

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası məsələyə mövqe bildirib. Açıqlamada deyilir: "Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "Bilgəh” kardioloji sağlamlıq mərkəzinin direktoru, kardioloq Afiyəddin İsgəndərov başqa işə keçməsi ilə əlaqədar öz xahişinə əsasən vəzifəsindən azad olunub". 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook