SON XƏBƏR

"Zeytun" apteklərlə bağlı tələbləri pozdu, məhkəməlik oldu

Fevral 06
17:31 2024
"Zeytun Pharmaceuticals" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) ticarət qaydaları əleyhinə olan (Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının və aptek təşkilatlarına dair tələblərin pozulması) inzibati xəta protokolu tərtib olunub.

Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə irəli sürülüb.

Həmin məcəllənin 452.3-cü maddəsinə əsasən, aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 500-700 manatadək, hüquqi şəxslər 1000-2000 manatadək məbləğdə cərimə edilir.

İşə Abşeron Rayon Məhkəməsində baxılacaq. Məhkəmə baxış iclası 19.02.2024-cü il tarixində keçiriləcək.

Qeyd edək ki, "Sağlamlığınızı Düşünən Apteklər Şəbəkəsi" şüarı ilə fəaliyyətə başlayan "Zeytun Pharma" ölkənin əksər yerlərində fəaliyyət göstərir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook