Üzeyir Cəfərov şənbə günü seçicilərini "Bakı" Kinoteatrında gözləyəcək...
Oktyabr 13
21:36
2015
Tanınmış hərbi ekspert, 33 saylı Xətai Birinci Seçki Dairəsindən deputatlığa namizəd şənbə günü "Bakı" kinoteatrında seçiciləri ilə görüş keçirəcək.
Arqument.az xeber verir ki, "Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar biz də təbliğat və təşviqat kampaniyası çərçivəsində artıq bəzi işlərə başlamış və tanışlıq xarakterli görüşlərimizi davam etdiririk. 33 saylı Xətai birinci seçki dairəsində olan seçicilərimizlə sıx təmaslarımız başlayıb. İnsanlar görüşlərimizdə şəxs olaraq mənə və mənim komanda yoldaşlarıma çox böyük mehribançılıq və isti münasibət sərgiləyir, sərbəst şəkildə arzu və istəklərini dilə gətirilər. İnşallah qalan müddət ərzində də biz dairə üzrə bütün ərazilərdə dəyərli seçicilərlə görüşlərimizi, təmaslarımızı davam etdirəcək və onları maraqlandıran suallara cavab verib, seçimlərini düzgün müəyyənləşdirməyə kömək göstərməyə çalışırıq. Görüşlərimiz zamanı hiss edirəm ki, dairə üzrə insanlarda bütün növ seçkilərə bir qədər biganəlik və ümidsizlik əhval-ruhiyyəsi formalaşıb. Amma, mən bu dairədən yeni namizəd olduğuma görə, sağ olsunlar həm özlərinə maraqlıdır ki, adımı mətbuatda və ya özümü televiziya ekranlarından eşitdikləri və gördükləri üçün şəxs olaraq görəsən həyatda necəyəm, məhz ona görə də görüşlərimizə maraq göstərir və onları maraqlandıran sualları verirlər.
İnşallah bu həftə dairə üzrə ən böyük görüşümüz "Bakı" Kinoteatrında olacaqdır. Şənbə günü, oktyabrın 17-də saat 14-də 33 saylı Xətai birinci seçki dairəsi üzrə seçicilərimlə görüşüm planlaşdırılır. Bu haqda DSK da məlumatlandırılıb və lazım olan hazırlıq işlərinə də başlanılıb. Yeganə qalan iş ondan ibarətdir ki, inşəallah dəyərli və hörmətli seçicilərimiz və dostlarımız göstərilən tarixdə "Bakı" kinoteatrına gəlsinlər və görüşümüzü daha da rəngarəng və maraqlı etsinlər.
Namizəd olaraq mənim üçün ən başlıcası dairə üzrə seçicilərin növbəti dəfə aldadılmaması və hansısa şirin vədlərə uymamasıdır. Rəqiblərimdən kimsə yenə "qızıl dağlar" vəd etməklə seçilib aradan çıxmağı düşünürlər. Vallah, mən istər görüşlərim zamanı, istərsə də adi həyatda insanlara izah etmək istəyirəm ki, pul da yaxşı şeydir, hədiyyə də, nə bilim nələr nələr. Amma buna aldanmayın, Biz boş-boş vədlər vermirik. Bizi tanıyanlar bilirlər ki, bizim varımız, dövlətimiz başqaları kimi çox olmasa da, heç olmasa deməyə, tələb etməyə, lazım olan dövlət və hökumət strukturlarından vətəndaşın qanuni hüquqlarını təmin etməyi tələb etməyə gücümüz də çatır, imkanımız da. İndi bəziləri kimi bizim müxtəlif yollarla - həm haram, həm də qeyri-qanuni yollarla əldə etdiyi pulla seçicini ələ alıb, onu aldatmaq və ya ona sadəcə vədlər vermək fikrimiz qətiyyən yoxdur. Həm də bu yolla heç nəyə nail olmaq da mümkün deyil axı. Hətta mən seçicilərimə deyirəm ki, sizə verilən o qəpik-quruş və ya hansısa yardımı əgər ehtiyacınız varsa alın, halal xoşunuz olsun, amma unutmayın ki, 5 il ərzində sizi gündəlik problem və qayğılarla baş-başa qoymaq istəyidir bu hərəkətin adı. Ona görə də, biz görüşlər zamanı heç kimə maddi olaraq heç nə vəd etmirik, nə də vermirik. İnşallah, seçki prosesi zamanı nə etmək istədiyimizi bir daha hörmətli seçicilərimizin diqqətinə çatdıracağıq və inşallah onlarda əsl Millət Vəkilinin necə olması haqqında doğru-düzgün fikir formalaşdırmağa çalışacağıq. Bizim pulumuz çox olmasa da, ancaq Azərbaycanı sidqi-ürəklə sevməyi bacara bilən qeyrətli ürəyimiz və xalqımıza sonsuz məhəbbətimiz və istəyimiz var.
Tanrı Azərbaycanımızı qorusun!!
Oktyabrın 17-si saat 14-də "Bakı" kinoteatrında görüşənədək, əziz dostlar və hörmətli seçicilərim!"