SON XƏBƏR

Manaf Manafov: Bakı öz təmizliyini, sabitliyini və gözəlliyini daim qoruyub saxlayacaq

Aprel 07
00:07 2025
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablablarının rəhbərliyi altında rəşadətli ordumuzun torpaqlarımızı 30 ildən artıq işğalda saxlayan Ermənistan silahlı qüvvələri üzərində tam qələbəsindən sonra ölkəmizin inkişaf konsepsiyasında yeni mərhələ başladı. Ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş Azərbaycan dövləti bu gün nəinki regionun, demək olar ki, dünyanın siyasi mərkəzlərindən birinə çevrilməkdədir.
 
Bu gün Azərbaycanda mütəmadi olaraq beynəlxalq tədbirlərin, konfransların, idman yarışlarının keçirilməsi səbəbi ilə ölkəyə minlərlə xarici qonaqlar, turistlər gəlməkdədir. 
 
Əlbəttə, hələ əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Bakının müasirləşməsi, şəhər infrastrukturunun yenilənməsi strategiyası sayəsində bu gün paytaxtımız demək olar ki, regionun ən inkişaf etmiş, müasir, təmizlik və sabitliyinə görə dünya reytinqində öncül olan şəhərlərdəndir. 
 
Bakı şəhəri çoxşaxəli şəhər təsərrüfatına malik olmasına, hələ də şəhərdə yüzlərlə sənaye, istehsalat müəssisələrinin varlığına rəğmən şəhərin ekoloji tarazlığı, infrastrukturu qorunub saxlanmaqdadır. 
 
Şəhər təsərrüfatının mövcud vəziyyətinin saxlanılması və inkişaf etdirilməsi Mənzil Kommunal Təsərrüfat Birliklərinin qarşısında duran mühüm vəzifələrdəndir. 
 
Milyonlarla sakini olan Bakıda aparılan təmizlik və abadlıq işləri, hər gün həyata keçirilən xidməti proseslər zamanı şəhərin estetik görünüşünü, sanitariya qaydalarını, gigiyena və ekoloji normativləri qorumaq, sakinlərin yaşayış keyfiyyətlərinin artırılması xidmət sahəsində çalışan insanların başlıca vəzifələrindəndir. 
 
Bakının mərkəzi rayonlarından olan Nərimanov rayonu şəhər əhəmiyyətli prospektləri, küçələri, müasir yol ötürücü kompleksləri, dövlət əhəmiyyətli obyektləri, metro stansiyaları, parkları, iaşə müəssisələrini və yaşayış binalarını özündə birləşdirməkdədir. 
 
Nərimanov rayonunun Mənzil Kommunal Təsərrüfat Birliyi bu gün qarşısında dayanan vəzifələri tam olaraq yerinə yetirir. Birliyin iş mexanizminin təkmilləşdirilməsi və xidmətin yüksəldilməsi, beynəlxalq təcrübədən yararlanmaq gündəlik fəaliyyətdə vacib məqamlardandır.
 
Məhz buna görə Nərimanov rayonu paytaxtın ən gözəl, təmiz rayonlarından biridir. 
 
Ümid edirik ki, günü-gündən inkişaf edən, dünyanın siyasi mərkəzlərindən biri olan Bakı öz təmizliyini, sabitliyini və gözəlliyini daim qoruyub saxlayacaq. 
 
Manaf Manafov
 
Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook