Zelenski Ukraynadakı mövcud vəziyyətdən danışıb
							Yanvar 25
									
										05:15
										2022
									
								Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkədə və onun ətrafında mövcud vəziyyət nəzarət altındadır, təlaşa səbəb yoxdur.
"Report"un məlumatına görə, dövlət başçısı bunu "Rada” telekanalında Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasının yekunları üzrə çıxışı zamanı deyib.

				
				
				
				
				
				

