"Trampın Panama kanalı ilə bağlı status-kvonu saxlamaq niyyəti yoxdur" - Rubio

Fevral 03
11:13
2025
ABŞ prezidenti Donald Tramp Çinin regionda artan təsirini fonunda Panama kanalı ilə bağlı status-kvonu saxlamaq niyyətində deyil.
"Dövlət katibi Rubio açıq şəkildə bildirib ki, status-kvon qəbuledilməzdir və təcili dəyişiklik olmasa, Birləşmiş Ştatlar müqavilə üzrə hüquqlarını qorumaq üçün lazımi addımları atmağa məcbur olacaq”, - dövlət departamentinin məlumatında deyilir.