SON XƏBƏR

Yeni dünya düzəni: ABŞ dünyanın enerji və ticarət sahəsini yenidən yaradır...

May 14
16:47 2019
ABŞ 1945-dən sonra beynəlxalq quruluşlar yaratmış və çoxlu qaydalar qoymuş olsa da, artıq iqtisadi hegemonluğunu itirir...

 

Ərdal Tanas Qaragöl,

"Yeni Şafak” qəzeti, Türkiyə, 13 may 2019-cu il

Hazırda ABŞ özü üçün təhdid ola biləcək ölkələrə enerji və ticarət sahələrində müdaxilə edərək və sanksiyalar tətbiq edərək yeni bir sistem yaratmağa çalışır.

Yeni enerji balansı

ABŞ hegemonluğu üçün ən vacib məsələlərdən biri enerjidir. Neft sahəsində qurulacaq yeni sistemdə ABŞ sabit oyunçudur, lakin digər müttəfiqlər dəyişkəndir. Bu sistemdə dəyişən oyunçuları da özü təyin edir.

Qurulacaq yeni neft-enerji balansını poza biləcək potensialı olan və dünyanın ən zəngin neft ehtiyatlarına sahib olan Venesuelanın hal-hazırda siyasi-iqtisadi cəhətdən problemləri olduğu məlumdur.

Digər tərəfdən, neft ehtiyatlarına sahib ölkələr içərisində ilk dördlükdə yer alan və dünya neft transferinin təxminən 40%-ni həyata keçirən Hörmüz boğazına nəzarət edən İranın kənarda qalması üçün başladılan sanksiya dalğasının arxasında yeni qurulacaq enerji balansı var.

Həmçinin, ABŞ yeni enerji balansında iştirak edəcək oyunçuların nə qədər neft ixrac edəcəklərini də özü müəyyənləşdirir. Bunun üzərinə ABŞ-ın artıq enerji ixracatçısı olduğunu da əlavə etsək, enerji sahəsindəki üstünlüyünü heç kimlə bölüşməyəcəyi də aydın şəkildə görünür.

Əlbəttə ki, 100 il sonra qurulacaq təbii qaz balansını da yaddan çıxarmaq olmaz. ABŞ təbii qaz balansını da indidən dizayn edir.

Təbii qaz ehtiyatlarına sahib olan ölkələrlə bu qaynaqları tələb edən ölkələr arasında duran təbii qaz transferi məsələsində Türkiyə strateji mövqeyə sahib bir ölkədir.

Türkiyənin Şərqi Aralıq dənizində həyata keçirdiyi təlimlər nəticəsində kəşf ediləcək ehtiyatlar enerji qaynaqlarının transferini təmin edəcək və yeni qaynaqlarına yol açacaq. Sonrakı addımda da bu mövqe sayəsində enerjidə ticarət mərkəzi olmağı hədəfləyir.

Bu baxımdan Türkiyənin Şərqi Aralıq dənizində başlatdığı təlimlərə ən çox ABŞ-ın etiraz etməsi heç də təəccüblü deyil.

Ticarət müharibəsi

ABŞ-ın hegemonluq etdiyi digər bir sahə də xarici ticarətdir. ABŞ-ın ticarət məsələsinin yarısını Çinə qarşı verməsi, Çinin dünya ticarətində aldığı payın artması və bunun yaratdığı imkanlarla dünyadakı ən böyük ÜDM-ə sahib olmaq istəyi ABŞ-ı narahat edir.

Bu səbəbdən, ÜTT (Ümumdünya Ticarət Təşkilatı) qaydaları ABŞ-ın əleyhinə çevrildikdə Çin mallarının istehsalını azaltmaq üçün tətbiq etdiyi gömrük vergisinin həcmi də artır.

Ən önəmlisi isə budur ki, tarixi İpək Yolunun həyata keçirilməsi ilə dünya ticarətini itirmək təhlükəsi ABŞ-ı daha da narahat edir. Çin tərəfindən 2049-cu ildə tamamlanması nəzərdə tutulan İpək Yolu layihəsi ilə Çin, Asiya, Afrika və Avropanı bir-birinə bağlayan yolda ümumən 65 ölkəyə ixracat etmək fürsəti əldə edəcək.

Bu da ÜDM-nin 1/4-ni təmsil edən bir ticarət deməkdir.

İpək Yolunun Asiya, Afrika və Avropanı bir-birinə bağlaması, quru, dəniz və dəmir yolu nəqliyyatında inteqrasiya yaratması, qlobal ticarət yollarının çeşidləndirilməsi, nəqliyyat müddətini qısaldaraq qiymətləri salması və dünya ticarət balansını tamamilə dəyişdirməsi Çinin dünyadakı ən önəmli iqtisadi gücə çevrilməsinə səbəb olacaq.

ABŞ-ın bu layihəni əvvəldən qəbul etməməsi Çinin dünya ticarətində hakim olmaq istəməsi və dünyadakı ən böyük ÜDM-ə sahib olmaq istəyi ilə bağlıdır.

Bu da ticarət və enerji müharibələrinin daha da qızışacağına işarə edir.

Tərcümə PİA.az-ındır
 
Fatime Əliyeva




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook