“YAŞAT” Fondu və “Nar” Uşaqların Beynəlxalq Müdafiəsi günündə şəhid övladlarını təbrik edib
May 31
17:01
2024
"Nar” 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günündə "YAŞAT”
Fondunun təşkilatçılığı ilə keçirilən "Hədiyyə Karvanı” layihəsinin gerçəkləşdirilməsinə
dəstək olub.
Bu çərçivədə mobil operator Fondla birgə ölkə boyunca
bütün şəhid ailələrindən olan 1700-dən çox uşağa bayram münasibətilə müxtəlif
hədiyyələr təqdim etməklə onların bayramını təbrik edib. Vətən qarşısındakı
mənəvi borcunu daim yerinə yetirən "Nar”ın bu layihədə başlıca məqsədi vətən
üçün canlarından keçmiş qəhrəman şəhidlərimizin əmanətlərini sevindirmək və
onların inkişafına dəstək olmaqdır. Layihə haqqında qısa hesabat videosunu buradan izləyə
bilərsiniz.
Qeyd edək ki, "Nar”ın korporativ sosial məsuliyyət
istiqamətinin əsas hissələrindən birini milli mənəvi irsin qorunması təşkil
edir. Bu istiqamətdə "Nar” şəhid və qazi ailələrinə xüsusi diqqətin
göstərilməsi və işğaldan azad edilmiş ərazilərdə uğurlu layihələrin həyata
keçirilməsini daim diqqət mərkəzində saxlayır. Mobil operatorun dəstək olduğu
sosial layihələr haqqında buradan ətraflı məlumat əldə edə
bilərsiniz.