SON XƏBƏR

Yasamal rayon Heydər Əliyev Mərkəzində “Xocalı fəryadı” adlı tədbir keçirilib

Fevral 26
16:03 2016
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının iyirmi dördüncü ildönümünə həsr olunmuş "Xocalı fəryadı” adlı tədbir keçirilib.
 
Tədbirdə Yasamal rayonunda yerləşən Ağdam rayon 88 saylı və Şuşa şəhər 1 saylı köçkün tam orta məktəblərinin müəllim və şagird kollektivi iştirak ediblər.
 
Tədbir Xocalı faciəsində həlak olmuş Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
 
Mərkəzin baş fond mühafizi Nigar Əlizadə 24 il öncə Azərbaycan xalqına qarşı törədilmiş qanlı, dəhşətli soyqırım həqiqətlərinə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin verdiyi hüquqi-siyasi qiymətdən söz açıb.
 
Foyedə köçkün məktəblilərinin çəkdiyi Xocalı faciəsini əks etdirən şəkillərdən ibarət sərgi nümayiş olunub. Məktəbin şagirdləri şeyir və mahnılar səsləndirib kompozisiya nümayiş ediblər.
 
Sonda "Xocalı harayı” adlı film nümayiş olunub
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook