SON XƏBƏR

Yarım ayda 6 məhkum nədən ölüb? – Vəkil adları açıqladı

Yanvar 16
13:50 2024
"İlin əvvəlindən Bakıda yerləşən Cəzaçəkmə Müəssisələrində 6 məhbus xəstəlikdən dünyasını dəyişib”.

"AzPolitika.info” xəbər verir ki, bu barədə vəkil Zibeydə Sadıqova "Facebook” səhifəsində məlumat verib.

Vəkil həmin şəxslərin adlarını və vəfat etdikləri tarixləri də yazıb:

Qurban Rəcəbov, 15 yanvar;
Qüdrət Abdullayev, 12 yanvar;
Kərəm Mövsümov, 8 yanvar;
Fikrət Həbibov, 7 yanvar;
Kamil Nəzərli, 6 yanvar;
Elmar Musayev, 3 yanvar.

"Bu insanlar Cəzaçəkmə Müəssisəsində hansı xəstəliklərdən dünyalarını dəyişiblər? Niyə vaxtında və keyfiyyətli tibbi yardım almayıblar?Ölümcül xəstəlikdirsə, niyə vaxtında əvvəl azad olmaları üçün tədbir görülməyib?” – deyə, Z.Sadıqova suallar ünvanlayıb.

Qeyd edək ki, "AzPolitika.info” vəkilin yaydığı məlumatla bağlı Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə müvafiq sorğu ünvanlayıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook