"Yardım üçün heç bir imkanımız yoxdur" - Anar ehtiyac içində olan Əlisa Nicat haqda
Dekabr 01
15:01
2022
Ötən gün "Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu azərbaycanlı yazıçı, tərcüməçi və tarixçi Əlisa Nicat haqqında paylaşım edib.
Зaylaşımda 87 yaşlı Ə.Nicatın sosial təminatının aşağı olduğu, evində gün boyu cəmi 2-3 saat qaz yandıra bildiyi vurğulanıb.
Daha sonra məsələ sosial şəbəkələrin və ictimayyətin gündəminə çevrilib və geniş müzakirələrə səbəb olub. İnsanlar Əlisa Nicatın həyat şəraitinin aşağı olmasında Mədəniyyət Nazirliyini və Azərbaycan Yazıçılar Birliyini günahlandırıb.
Hadisə ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla əlaqə saxlanıldı.
Qurumun sədri bildirdi ki, məsələdən xəbərsizdir:
"Əlisa Nicat təqaüdlə bağlı Azərbaycan Yazıçılar Birliyinə müraciət etməyib. Müraciət etsin, il sonuna qədər məsələyə baxılıb ona təqaüd ayrılar. Əlavə ödəniş üçün bizim heç bir imkanımız yoxdur. Biz ancaq təqaüd ayıra bilərik”./Baku.ws/