SON XƏBƏR

Yaralı əsgərlərin ilk xilaskarı - Şəhid Qurbanov Tərxan (VİDEO)

Yanvar 11
00:11 2021
Hələ aprel döyüşləri zamanı arzusunda olduğu yüksəkliyə vətən müharibəsində ucaldı Tərxan. Tərxan Qurbanov "44 günlük müharibədə mənim də payım olmalıdır" deyib, könüllü cəbhəyə yollanır. Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə vuruşaraq şəhidlik zirvəsinə ucalır. Tərxan təkcə döyüş meydanının cəngavəri yox, həm də yaralı əsgərlərin ilk xilaskarı olub. Gəlin, qəhrəmanımızı daha yaxından tanıyaq.

O yaralı əsgərlərin ilk xilaskarı, döyüş meydanının isə cəngavəri olub. Şəki rayonun Kiçik Dəhnə kəndində doğulan Tərxan Qurbanov 6 yaşı olarkən ailəsi ilə birgə Mingəçevirə köçür. Vətən müharibəsinə də elə buradan, həm də könüllü olaraq yollanır.

Bakı Dövlət Unversitetinin Biologiya fakultəsini bitirmişdi Tərxan. Elə bu səbəbdən də tibbi bilikləri digər əsgərlərlə müqayisədə daha yaxşı idi. Döyüş vaxtı yaralılara ilk tibbi yardım göstərən qəhrəmanımız, daha sonra səngərdə düşmənlə üz-üzə döyüşməyi seçir.

Özündən kiçik bacısı və qardaşı üçün də arxa dayaq olub Tərxan. Ən böyük arzusu onları da ali təhsilli gənc kimi görmək idi.

Qurbanovlar ailəsinin böyük övladı olan Tərxan Füzuli, Xocavənd, uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq, noyabrın 6-da şəhidlik zirvəsinə ucalır. İgidimiz ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad edilməsinə görə" medalları ilə təltif edilib.//Xəzər TV
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook