SON XƏBƏR

YAP-ın namizədini çətin duruma salan İcra başçısının danlanıldığı deyilir - FOTO + VİDEO

Fevral 01
06:23 2020
Suraxanı rayon İcra Hakimiyyətinin rayonunun qəsəbələrinin abadlaşması, yerli camaatın problemlərinin həll olunması istiqamətində heç bir iş görməməsi Yeni Azərbaycan Partiyasını (YAP) çətin duruma salıb. Belə ki, rayonun bərbad durumda olan qəsəbələrinə seçicilərlə görüşə gedən YAP-ın deputatlığa namizədləri əhalinin kəskin etirazı ilə qarşılaşır. 
 
Bir neçə gün öncə 30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizədliyi YAP tərəfindən irəli sürülən Sevinc Fətəliyeva Zığ qəsəbəsində keçirdiyi görüş zamanı çətin duruma düşdü. Belə ki, görüşdə çıxış edən Zığ qəsəbəsinin sakini qəsəbənin daxili yollarının, su və kanalizasiya xətlərinin bərbad durumda olduğunu, eyni zamanda ciddi nəqliyyat problemlərinin olduğu dedi. Sakinin bu çıxışı zalda olan insanların əksəriyyəti tərəfindən alqışlandı. Sevinc Fətəliyevanın yanında əyləşən şəxslərin səslənən ittihamlara cavab vermək istəməsi isə zaldakı insanların narazılığını daha da artırdı. 
 
 
İlqar Abbasov

Qlobal.az-ın əldə etdiyi məlumata görə hadisənin videosunun sosial şəbəkələrdə geniş yayılması problemə yuxarı instansiyaların da diqqətini cəlb edib. Sosial şəbəkələrdə yayılan məlumatda hətta buna görə Suraxanıya 14 il rəhbərlik etmiş, hazırda Şirvan şəhərinin İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan İlqar Abbasovun danlanıldığı deyilir. 
 
Qeyd edək ki, 2005-2014-cü illərdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı olmuş İlqar Abbasov 2019-cu ilin noyabr ayında Şirvan Şəhər İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilib.
 
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook