Xocavənddə 32 il əvvəl ermənilərin döydüyü azərbaycanlı: "Başıma 13 tikiş qoyuldu" (VİDEO)
Fevral 18
13:41
2021
Qarabağda azərbaycanlıların başına ermənilər tərəfindən bir çox dəhşətli hadisələr gətirilib. Bu dəhşətli faciələrin şahidlərindən biri də Xocavənd rayonunun Axullu kənd sakini Namiq Hüseynovdur. Birinci Qarabağ müharibəsinin canlı şahidi olan Hüseynov rayon ərazisində kinomexanik vəzifəsində çalışıb. Erməni vəhşiliklərinin canlı şahidi olan Namiq Hüseynovun qardaşı da gözlərinin önündə şəhid olub.
"Report"un Xocavəndin Edilli kəndinə səfər edən əməkdaşı İsmayıl Nəsibli N.Hüseynov ilə söhbətləşib. O, ermənilərin özünün və azərbaycanlıların başına gətirdikləri faciələrdən danışıb.
Namiq Hüseynov bildirib ki, 1987-ci ilin noyabr-dekabr aylarından ermənilər Edilli kəndində azərbaycanlıları sıxışdırmağa başlayıb:
"Bu gün Qarabağda ermənilər tərəfindən azərbaycanlıların başına gətirilən dəhşətli faciə barədə danışmaq çox çətindir. Ona görə çətinlik çəkirəm ki, Birinci Qarabağ müharibəsinin canlı şahidiyəm, erməni vəhşiliyini gözlərimlə görmüşəm, gözlərim önündə bir qardaşımı şəhid vermişəm. Qaraşım şəhid olanda 35-ci ad günü idi. Həmin günlər haqqında söhbət aparanda sözün həqiqi mənasında çox sıxılıram, əziyyət çəkirəm. Mən deyərəm ki, Dağlıq Qarabağda münaqişələr 1987-ci ilin noyabr-dekabr aylarında başladı. Mən Xocavəndin kəndlərində kinomexanik vəzifəsində çalışırdım, filmlər nümayiş etdirirdim. Həmin illərdə ermənilər öz iyrənc əməllərinə əl atdılar”.
O qeyd edib ki, 1989-cu il sentyabrın 25-də ermənilər Edillidə məktəb şagirlərini və müəllimlərini döyüblər:
"Həmin vaxt qırmızı geyimdə 5 nəfər saqqalı erməni üstümüzə gəlib, bizi döyməyə başladı. Daha sonra digər ermənilər də üstümüzə hücum etdi. Məni vurdular, huşum itdi. Bir neçə dəqiqədən sonra güllə səsinə ayıldım. Bu zaman ermənilərin sürünə-sürünə qaçdıqlarını gördüm. Tüfənglə gələnlər isə Axulu kənd sakinləri idi. Onlar səs-küy eşidən kimi, qaça-qaça gəlmişdilər. Güclə ayağa qalxdım, üstün-başım təmiz qan içində idi. Məni tez Füzuli rayon xəstəxanasına apardılar. Başıma 13 tikiş qoyuldu. Həkimlərimizin səyi nəticəsində həyatda qaldım. Burada bizimlə birgə döyülənlərdən biri də İsa idi. Daha sonra İsa müharibədə şəhid oldu”.

Qeyd edək ki, Edilli kəndi Ermənistan silahlı birləşmələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilib. 15 oktyabr 2020-ci ildə isə Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub.