SON XƏBƏR

Sahil Babayevin yeni taktikası: Altı aya sığmayan süründürməçiliyin bədəli (VİDEO)

Avqust 01
09:15 2022
Fərid Xalıqlı aylardır ki, atasının əlilik pensiyasının bərpasına çalışır.

Fərid Xalıqlının atası Möhübbət Hüseynovun pensiyası ötən il 15 noyabrda kəsilib. Bundan sonra pensiyaçının oğlu Fərid və özü əlillik statusunun bərpası üçün dövlət idarələrini gəzməli olublar. Lənkəran Sosial Müdafiə Fondundan Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutuna, oradan yenidən Lənkərana, poliklinikaya müraciət etməli olan əlil həftələrlə müayinə növbəsini, dövlət qurumlarının işə düşməsini gözləməli olub. Çox çək-çevirdən sonra əlillik statusu, nəhayət, bərpa olunub. Amma arada keçən altı ay üçün pensiyalar hesablanıb bərpa olunmur.

Hüquqşünas Namizəd Səfərov deyir ki, cavabdeh qurum Səhiyyə Nazirliyidir.(Toplum.tv)
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook