SON XƏBƏR

Xocalı parkında abadlıq işləri görülür

Fevral 24
10:23 2016
Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar paytaxtın Xətai rayonunda yerləşən "Ana fəryadı” abidəsinin yerləşdiyi parkda yenidənqurma işləri görülür.
 
AZƏRTAC xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan tədbirlər planına əsasən, abidənin yerləşdiyi parkda müxtəlif naxış formalarını özündə əks etdirən gül və bəzək kollarının əkilməsinə başlanılıb.
 
Hər il fevralın 26-da minlərlə soydaşımızın ziyarət yerinə çevrilən parkın ətrafı milli memarlıq nümunələrini özündə əks etdirən üzlük daşlı məhəccərlərlə əhatə olunub. Həmçinin parkın ətrafındakı yaşayış binaları və inzibati obyektlərin fasadlarında Xocalı faciəsini əks etdirən fotobannerlərin quraşdırılması nəzərdə tutulub.
 
Qeyd edək ki, Azərbaycan xalqının qan yaddaşı - Xocalı soyqırımına həsr olunan abidə kompleksi 1993-cü ildə inşa olunub. Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar abidəni minlərlə insan ziyarət edir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook