SON XƏBƏR

"Xırdalanda azyaşlıların özünü binadan atmasının bir-biri ilə əlaqəsi yoxdur" - Prokuror

Dekabr 22
13:57 2023
Abşeron rayonunun prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımov intiharların rezonans hadisə kimi təqdim edilməsini məqsədəuyğun saymır.

"Report”un məlumatına görə, o, Abşeron Rayon Prokurorluğunda keçirilən "Açıq qapı” bildirib ki, azyaşlıların özünü binadan ataraq intihar etməsi cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.

"Xırdalanda özünü binadan atan azyaşlıların bir-biri ilə əlaqəsi yoxdur. Onlar ayrı-ayrı məktəblərdə oxuyublar. İntiharların rezonans hadisə kimi təqdim olunması növbəti dəfə eyni cür özünəqəsdlərə gətirib çıxarır”, - deyə prokuror vurğulayıb.

Xatırladaq ki, bu ilin avqust-sentyabr aylarında Xırdalan şəhərində 3 yeniyetmə qızdan 2-si özünü eyni binadan ataraq intihar edib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook