“Xəzərdə adsız gəmi olayı”na rəsmi açıqlama
Oktyabr 13
18:41
2015
Dövlət Dəniz Administrasiyasından təkzib gəldi: "Qənbər Səfərovun dedikləri böhtan, heç bir hüquqi faktlara əsaslanmayan, qərəzli və işgüzar nüfuzu ləkələyən məlumatlardır"
Ehtiram Rəhim deyib ki, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının 6 fevral 2006-cı ildə yaradılması faktı 2003-cü ildə başlamış mübahisənin Dövlət Dəniz Administrasiyasına aidiyyətini birbaşa inkarının sübutudur: "Eyni zamanda Bakı Apelyasiya Məhkəməsinin 2(103)-529/2013 nömrəli mülki iş üzrə 27 noyabr 2013-cü il tarixli qətnaməsinin 2-ci bəndində "Yunıy Moryak” gəmisinin (hazırkı adı "Ramin”) cavabdeh "Mərdəkan Broyler” ASC-dən alınaraq iddiaçı Q.Səfərova verilməsi və Q.Səfərovun adına "Mülkiyyət hüququ haqqında şəhadətnamə”nin və Azərbaycan Respublikasının Dövlət Bayrağı altında üzmək hüququ haqqında şəhadətnamə”nin verilməsi, eyni zamanda 3-cü bənddə Q.Səfərovdan mübahisəli gəminin təmiri və bərpasına çəkilmiş xərclərinin əvəzinin ödənilməsi üçün 344.388 (üç yüz qırx dörd min üç yüz səksən səkkiz) manat məbləğində pulun alınaraq "Mərdəkan Broyler” ASC-yə ödənilməsi qət edilib”.
E.Rəhimov onu da xüsusi vurğulayıb ki, həmin qətnamənin 4-cü bəndinə əsasən, 2-ci və 3-cü bəndlərinin, yəni yuxarıda göstərilən icra hərəkətlərinin eyni zamanda həyata keçirilməli olduğu dəqiq olaraq qət edilib: "Həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-1884 nömrəli iş üzrə 03 iyun 2014-cü il tarixli Qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin yuxarıda göstərilən 2(103)-529 saylı 27 noyabr 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Dəniz Administrasiyasının rəsmisi bildirib ki, Qənbər Səfərovun hazırda niyyəti icra hərəkətlərinin məhkəmə qətnaməsinin 4-cü bəndinə zidd olaraq həyata keçirilməsinə nail olmaqdır: "Bununla əlaqədar olaraq məhkəmə qərarlarının icrasına məsul olan qurum və Dövlət Dəniz Administrasiyası tərəfindən icra hərəkətlərinin məhkəmə tərəfindən qət edilmiş qaydada eyni zamanda icra olunmalı olduğu, bununla razı olmadığı təqdirdə qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəməyə müraciət etmək hüququ dəfələrlə ona izah edilib. İcra prosedurunun dəyişdirilməsinin Dövlət Dəniz Administrasiyasının səlahiyyətləri çərçivəsində olmadığı bildirilib".
E.Rəhimovun sözlərinə görə, Q.Səfərov Dövlət Dəniz Administrasiyasının rəhbərliyi barədə şər və böhtan xarakterli məlumatların kütləvi informasiya vasitələrində yayılması hədəsi ilə Dövlət Dəniz Administrasiyasını göstərilənlərə zidd olaraq müvafiq şəhadətnamələrin ona verilməsinə məcbur etmək fikrinə düşmüş, dəfələrlə ona qeyd olunan şəhadətnamələrin verilmədiyi təqdirdə kütləvi informasiya vasitələrində bu növ məlumatları yayacağını bildirib:"Artıq neçə illərdir ki, Dövlət Dəniz Administrasiyası və onun rəhbərliyi barədə qəzetlərdə və internet saytlarda cəfəngiyat dolu məlumatlar yerləşdirməkdədir”.
E.Rəhimov daha sonra bildirib: "Qətiyyətlə bildiririk ki, Q.Səfərovun Dövlət Dəniz Administrasiyasının rəhbərliyi barəsində bildirdikləri böhtan, heç bir hüquqi faktlara əsaslanmayan, qərəzli və işgüzar nüfuzu ləkələyən məlumatlardır. Belə məlumatların yayılması ilə bağlı Dövlət Dəniz Administrasiyası tərəfindən məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət edilərək, qanunvericiliklə müəyyən olunmuş cəza mexanizminin tətbiq olunması təmin ediləcəkdir”.
Xeyli zamandır mətbuatda Səfərov Qənbər Səfər oğluna məxsus "Yunıy Moryak” adlı yük gəmisinin Dövlət Dəniz Administrasiyasının rəhbərliyi tərəfindən mənimsənilməsi ilə bağlı materiallar çap olunur. Q.Səfərov bununla bağlı bir sıra KİV-ə şikayət yollayıb.
Onun bu iddialarına Dövlət Dəniz Administrasiyasının rəis müavini Ehtiram Rəhimov cavab verib. E.Rəhimov musavat.com-a bildirib ki, Səfərov Qənbərin təqdim etdiyi məlumatlar əsasında yerləşdirilmiş materiallar böhtan, heç bir hüquqi faktlara əsaslanmayan, qərəzli və işgüzar nüfuzu ləkələyən məlumatlardır: "Belə ki, Q.Səfərovla "Mərdəkan Broyler” ASC arasında "Yunıy Moryak” gəmisi (hazırkı adı "Ramin”) ilə əlaqədar mübahisə 2003-cü ildən etibarən davam edir. Bu mübahisə adıçəkilən gəminin alqı-satqısı həyata keçirilərkən Q.Səfərovun şəxsən tanıdığı "Mərdəkan Broyler” ASC-nin keçmiş sədri Aydın Əhmədovla pul mübahisəsinə əsaslanır və tərəflər arasında qarşılıqlı çirkin maliyyə dələduzluğunun nəticəsidir”.