SON XƏBƏR

Gömrük Komitəsinin əməkdaşı Azərbaycandan qızıl çıxararkən saxlanılıb

Dekabr 31
01:06 2024
Əfsər Mirzəyevin 4 kiloqram qızılla tutulduğu deyilir

Bu günlərdə Bakıda hava limanında ölkədən təxminən 4 kiloqram qızıl çıxarmaq istəyən şəxsin saxlandığı bildirilir. 

Məlumata görə, saxlanılan şəxs Əfsər Mirzəliyevdir.

Bəzi media orqanları ad-soyadın üst-üstə düşməsindən yararlanaraq, saxlanılan Əfsər Mirzəliyevin Xəzər İcra Hakimiyyəti başçısının müavini olduğu iddia edilib. 

Lakin icra başçısının müavini adının cinayətdə hallandırıldığı media orqanları ilə əlaqə saxlayaraq, özü haqqında iddiaları təkzib edib: "Mənim o işlərlə nə əlaqəm var?! Yazılanlar tamamilə yanlışdır. İşimin başındayam”.

Arqument.az-ın məlumatına görə, saxlanılan Əfsər Mirzəliyev Dövlət Gömrük Komitəsinin Qaçaqmalçılıqla mübarizə idarəsinin əməkdaşıdır.

Təxminən bir ay əvvəl Azərbaycanın ABŞ-dakı hərbi attaşesinin baş köməkçisi, polkovnik-leytenant Qəhrəman Məmmədov Türkiyədə 70 kiloqram qızıl külçə ilə tutularaq, Azərbaycana gətirilib. 

Bu qalmaqalla bağlı istintaq davam edir.

İttihama görə, Qəhrəman Məmmədov noyabrın 22-də ABŞ-dən Türkiyəyə gəlib. 

Həmin gün də onunla əlbirlikdə ittiham edilən Anar Qasımov Birləşmiş Ərəb Əmirliklərindən qızıl külçələri İstanbula gətirib. 

İçərisində külçələr olan çantanı hava limanında gömrük nəzarətindən kənarda yerləşən saxlanc yerinə qoyub. 

ABŞ-dən eyni hava limanına düşən Qəhrəman Məmmədov öncədən razılaşdıqları yerdən külçələri götürüb, diplomatik pasportundan və bu pasportun verdiyi imtiyazdan istifadə edərək, hava limanında qızıl külçələri gömrüyə bəyan etmədən çıxarıb. 

Qızıl külçələri Anar Qasımova təhvil vermək üçün taksi ilə İstanbuldakı hotellərdən birinə gedərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları onu saxlayıb.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook