Xəlil Göyüşovun şirkəti cərimələndi - Ölkəyə gətirdiyi ekskavatoru gizlədibmiş
Yanvar 20
14:29
2024
"Körpü-Bina-Tikinti" MMC barəsində gömrük qaydaları əleyhinə olan (mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolu tərtib olunub.
Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə irəli sürülüb və iş məhkəməyə göndərilib.
Aparılan araşdırmada məlum olub ki, Gürcüstandan "Körpu-Bina-Tikinti" MMC üçün 2 ədəd 2023-cü il buraxılışlı "Hidromek HMK102B" markalı ekskavator yükləyiciləri gətirilib. Şirkət tərəfindən həmin nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl Dövlət Gömrük Komitəsinə idxal bəyannaməsi verilməyib.
Məhkəmənin qərarı ilə şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə 1500 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, "Körpü-Bina-Tikinti" MMC məşhur yol tikinti maqnatı Xəlil Göyüşovun şirkətidir. MMC-nin hazırda qanuni təmsilçisi Xəlil Göyüşovun qardaşı Göyüşov Xaliq Avdil oğludur.

Qlobal.az