SON XƏBƏR

Xalq artisti “Köpək oğlu, niyə yalandan ağlayım?” – VİDEO

Yanvar 28
04:58 2017
ARB TV-nin efirində yayımlanan "Gəlin danışaq" verilişinin qonağı olan xalq artisti Briliant Dadaşova oğlu haqda maraqlı açıqlamalar verib:

"Vaxtında evə gəlmək məsələsi bizim böyük bir problemimizdir. Atası zəng edir həmişə soruşur. Səhərə qədər maraqlanır onunla. Nəzarət altında saxlayır. Türkiyə ilə də saat fərqimiz var deyə çətin olur. Onsuz da oğlumun getdiyi elə bir yer yoxdur. Kinoya, gəzməyə gedə bilər. Çox danışmaq istəmirəm yoxsa, mənə zəng edib deyəcək ki, məndən özünə reytinq düzəltmə. Yalandan orada məndən danışıb ağlayırsan da hələ. Deyirəm ki, ay köpək oğlu, niyə yalandan ağlayım? Darıxıram deyə ağlayıram. Tez-tez görüşürük. Evə girən kimi mənə deyir ki, səni dünən yola salmadım?! Başa salıram 1 aydı getdiyim, deyir yox e elə bilirəm dünən getmisən. Üzümə deyir ki, burdan çamadanlarını yığıb göndərirəm, pəncərədən girirsən. Otur evində Bakıda".
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook