SON XƏBƏR

Nazirliyin idarə direktoru rüşvət aldığını və seyfdə saxladığını gizlətmir – ŞOK SƏS YAZISI

İyun 19
10:38 2023
Öncəliklə xatırladaq ki, ötən həftə saytımızda (realmedia.az-red) "Xocavənd icra hakimiyyəti və KTN 57 gün erməni əsirliyində qalan ll-ci qrup Qarabağ əlilinin haqqını yeyir…” sərlövhəli yazı dərc etmişdik. Həmin yazıda söhbət l -ci Qarabağ müharibəsi zamanı düşmən tərəfindən əsir götürülərək 57 gün erməni girov saxlanılmış, bu müddət ərzində dəhşətli işgəncələr yaşamış, Xocavənd rayon Qaradağlı kənd sakini, ll-ci qrup Qarabağ əlili, Şirinov Elşən Elman oğlunun indi də Xocavənd rayonunun bir qrup yerli məmurları tərəfindən üzləşdiyi haqsızlıqlardan və süründürməçilikdən yazmışdıq.

Hətta qeyd etmişdi ki, Elşən Şirinov üzləşdiyi problemlərdən dolayı onu süründürməçiliyə salan, haqqını mənimsəyən Kənd Təsərrüfatı Nazirliyinin Xocavənd rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Rafael Mustafayevlə aralarında baş verən mübahisəni əks etdirən səs yazısını da redaksiyamıza təqdim edib. Və yaxın günlərdə həmin səs yazısını təqdim edəcəyimizi də vurğulamışdıq. Artıq vədimizə əməl edib, oxucularımızı çoxda intizarda saxlamaq istəmirik. Həmən səs yazısını həm oxucularımıza həm də aidiyyəti üzrə səlahiyyətli şəxslərin diqqətinə ərz edirik:

P.S. Elşən Şirinova Xocavənd rayon icra hakimiyyətinin başçısının 14 avqust 2014-cü il tarixli, 56 nömərli Sərancamına əsasən, ona kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaq üçün Xocavənd rayon Ağburun ərazisindən icarə yolu ilə 100 (bir yüz) hektar torpaq səhəsi ayrılaraq, 15 (on beş) il müddətində istifadəsinə verilmişdir. Həmçinin də icarəyə verilmiş torpaq sahəsinin yerquruluşu planı da, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xocavənd rayon şöbəsi tərəfindən də hazırlanmış və təsdiq edilmişdir.

Xocavənd rayon İHB-nın 14.08.2014-cü il tarixli, 56 saylı sərəncamına əsasən bağlanmış 15.08.2014-cü il tarixli 10 saylı icarə müqaviləsinə əsasən, Şirinov Elşən Elman oğlu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən də həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə etmişdir. Və son 2 ilə qədər də Elşən Şirinov dövlətin əkin üçün ayırdığı subsidiyalardan yararlana da, artıq 2 ildir ki, Elşən Şirinov subsidiyaları ala bilmir. Daha doğrusu, KTN -nin Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rafael Mustafayev bunu ona vermir. Ondan 5000 (beş min) manat rüşvət istəyir. O da tələb olunan rüşvəti vermədiyi üçün subsidiyadan məhrum edilib.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook