SON XƏBƏR

Volodimir Zelenski ordudan ciddi nəticələr tələb edib

Noyabr 20
10:26 2023
"Nəticə üçün ciddi dəyişikliklərə ehtiyac var”.

"Report” "Röyters”ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.

O, Ukrayna ordusunun əməliyyatlarında sürətli dəyişiklikləri tələb edib: "Cəld hərəkətə keçmək lazımdır”.

V. Zelenskinin sözlərinə görə, yaralı hərbçilərə tibbi yardımın göstərilməsində əsaslı dəyişikliklərə ehtiyac var.

Dövlət başçısı general-mayor Tetiana Ostaşenkonu Silahlı Qüvvələrin Tibb Qüvvələrinin komandiri vəzifəsindən azad edib. Bu vəzifəyə general-mayor Anatoli Kazmirçuk təyin olunub.

Nəşr yazıb ki, Ukraynanın Baş komandanı, general Valeri Zalujniy bu ay Ukraynanın Rusiya ordusu ilə mübarizə aparmaq üçün daha təkmil texnologiyaya ehtiyacı olduğunu bildirib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyin görə, Ukraynanın ərazi bütövlüyü tam bərpa olunmadan savaş başa çatmayacaq. V. Zelenski daha əvvəl söyləmişdi ki, Qərbin dəstəyi olmasa, Ukrayna geri çəkiləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook