Vətən müharibəsi iştirakçısı: “İcra başçısı məni otağa salıb, döydü“ - Video
Fevral 09
14:29
2022
Xatırlayırsınızsa, ötən ilin sentyabr ayında bir qrup Xocavənd rayon sakinləri mətbuat konfransı keçirdilər. Konfransda İcra başçısı Eyvaz Hüseynov tərəfindən illərdir məruz qaldıqları haqsızlıqlara etirazlarını bildirirdilər. Həmçinin, onların sözlərinə görə "Nərgiztəpə" adlanan ərazidə, 305 hektar torpaq sahəsini icra başçısı öz yaxınlarına və qohum-əqrəbasının adına bölüşdürüb. Həmin, ərazidə bir neçə balıq gölləri, eyni zamanda əkin sahələri də mövcuddur. Onların iddialarına görə həmin ərazidə yetişdirilən məhsullardan spirtli içkilər istehsal olunur ki, bu da İcra başçısının şəxsi bizneslərindən biridir.
Yerli sakinlər təsərrüfatla məşğul olmaq üçün yararlı torpaq sahəsi əldə edə bilmirlər.
Əslində, Xocavənd sakinləri illərdir icra hakimiyyətinə və digər dövlət qurumlarına dəfələrlə müraciət və şikayətlər edirlər. Onların səsinə heç bir qurum səs vermədiyi üçün, məcburiyyət qarşısında mətbuat konfransı keçirmişdilər. Lakin, çox təəssüflər olsun ki, Eyvaz Hüseynov hansı dağa güvənibsə, dünya-aləm umrunda deyil. Heç nədən, heç kimdən çəkinmədən, öz vətənə - vətəndaşa yararsız, cibi üçün yararlı fəaliyyətini davam etdirir.
Haqqında bu qədər narazılıqların, bu qədər şikayətlərin olmasına baxmayaraq, hələ də öz "taxt-tac"ında əyləşə bilməsi hər kəsdə təəccüb, Eyvaz Hüseynovda isə həddindən artıq özgüvən yaradıb.
AzFakt.com bildirir ki, bu özgüvənin sübutu isə Xocavənd rayonu Qaradağlı kənd sakini Sarıyev Pərviz Xıdır oğlu tərəfindən "DogruXeber.az" informasiya portalına göndərilən bu videogörüntülərdir.
44 günlük savaşın iştirakçısı, eyni zamanda 30 ildə arzu edib, 44 gündə qazanılan qələbədə zəhməti, əziyyəti olan döyüşçüyə qarşı saymazlıq, kobudluq bağışlanması mümkünsüz olan günahdır. Pərviz gücünü 44 gündə düşmənə, Eyvaz Hüseynov isə gücünü bircə gündə Pərvizə göstərdi. Səbəb isə Pərviz Sarıyevin iddiasına görə yalnız iş tələb etməsidir ki, övladının, ailəsinin yaşayışını təmin etsin. Bu Pərviz Sarıyevin haqqıdır.
Ölkə başçısının da birbaşa tapşırığı var ki, birinci növbədə qazilər və müharibə iştirakçıları işlə təmin olunmalıdır. Eyvaz Hüseynovun İcra başçısı olaraq vəzifəsinə və ölkə başçısının qərarlarına sayqısının hansı pillədə olduğu onun fəaliyyətindən və bu qədər rayon sakinlərində yaratdığı narazılıqlardan bəllidir.

Qlobal.Az