SON XƏBƏR

Venesuelada xalq ayağa qalxdı: ABŞ müxalifət liderini qanuni prezident kimi tanıdı

Yanvar 24
00:58 2019
Venesuelanın paytaxtı Karakasda minlərlə insan küçələrə axışıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, etiraz edənlər prezident Nikolas Maduronun həm əleyhdarları, həm də tərəfdarlarıdır. Onlar şəhərin əsas magistral yolunu bağlayıblar.

Aksiyaçılar qarşısında çıxış edən parlamentin sədri Xuan Quaydo president səlahiyyətlərini öz üzərinə götürdüyünü elan edib.

Artıq ABŞ Venesuela müxalifətinin lideri, parlamentin sədri Xuan Quaydonu qanuni prezident kimi tanıdı. Tramp bir az əvvəl bu barədə bəyanatla çıxış edərək bütün dünyanı eyni addımı atmağa çağırıb.

Hazırda etirazları davam etdirən xalq Maduronun hakimiyyətdən əl çəkməsini tələb edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook