SON XƏBƏR

Vəli Əkbər yenidən Aztv-yə gətirildi

Yanvar 30
13:56 2016
AzNews.az xəbər verir ki, tanınmış jurnalist Vəli Əkbər Azərbaycan Televiziya və Radio Verilişləri QSC-yə işə qayıdıb.
 
Arif Alışanovun əmriylə ona yenidən AzTV-nin İnformasiya studiyasının direktor müavini vəzifəsi həvalə olunub.
 
Qeyd edək ki, Vəli Əkbər 5 il Lider TV-nin ictimai-siyasi proqramlar departamentinin rəisi işləyib. Bu televiziyadan ayrılandan sonra, AzTV-nin İnformasiya studiyasının direktor müavini vəzifəsinə təyinat alıb. Bir müddət sonra isə rəhbərliklə aralarında yaranmış fikir ayrılığı səbəbindən vəzifəsindən azad olunub. Ondan sonra "Türkel" və "Region TV"-nin Xəbər Departamentinin rəhbəri vəzifəsində çalışıb. Bir müddət əvvəl onun "Xəzər" televiziyasına rəhbər gələcəyi barədə məlumat yayılmışdı.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook