SON XƏBƏR

Varlı ərəblər faunamızı məhv edir, əlaqədar qurumlar isə susur - Video

Fevral 06
00:16 2017
Zəngin ərəb şahzadə və şeyxlərinin Azərbaycandakı ov macəralarının yeni görüntüləri yayılıb.
 
Mil-Muğan ovalığında ov edən varlı ərəblər təbiətimizin nadir canlılarını ovlamaqla məşğul olublar. Yüzlərlə quşları ovlayan varlı ərəblər bu əyləncələrinı sosial şəbəkələrdə paylaşmaqdan zövq alırlar. 
 
Regionlardan Qlobal.az-a verilən məlumata görə, ov quşlarının sayında kifayət qədər azalmalar var. Bunun səbəbi isə quşların qaydalara və fəsillərə uyğun ovlanmamısıdır. 
 
Məlumatda deyilir ki, son illər ərəblərin ov məqsədilə ölkəmizə kütləvi gəlişindən sonra ölkəmizin faunasında əsl faciə yaşanır. Bildirilir ki, ov zamanı mövcud qanunvericiliyi pozan ərəblər qanuna müvafiq formada cəzalandırılsalar da, bir çox hallarda əksər ərəb ovçular məsuliyyətdən yayındırılır. Buna səbəb isə əlaqədar qurumların, xüsusən də Ekologiya və Təbii Sərvətlər nazirliyinin yerlərdəki nümayəndələrinin qanunu pozan milyonçu ərəb turistlərlə "dil" tapmasıdır. 
 
Qeyd edək ki, dünən Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor əvəzi Hikmət Əlizadə qanunsuz ovla məşğul olan 16 əcnəbinin saxlanılaraq cərimələndiyini bildirib. Onun sözlərinə görə, saxlanılanların hər birinə 2 min manat məbləğində cərimə tətbiq edilməklə yanaşı, onların ölkədən ölkədən deportasiya edilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət olunub.
 
Görünür, artıq floramızın əcnəbilər tərəfindən məhv edilməsi nəhayət ki, əlaqədar qurumları hərəkətə keçirib. 
 
Qlobal.az
 
 
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook