SON XƏBƏR

Vaqif Bayatlı üzərində əməliyyat başa çatdı

Avqust 10
16:15 2016
Tanınmış şair Vaqif Bayatlı Ödər üzərində aparılan beyin əməliyyatı az öncə başa çatıb. Bu barədə Modern.az-a onun dostu Əhməd Qəşəmoğlu məlumat verib.
 
Bildirib ki, Türkiyənin Memorial Xəstəxanasında əməliyyat olunan şairin vəziyyəti kafidir.
 
"Vaqif  Bayatlının ailəsi isə idnicə əlaqə saxladım. Həkimlər deyib ki, əməliyyat tam uğurla başa çatıb”.
 
Ə.Qəşəmoğlunun sözlərinə görə, artıq Vaqif Bayatlının həyatı üçün heç bir təhlükə qalmayıb.

"Artıq əməliyyatdan sonra Vaqif reanimasiyaya köçürülüb. Onun həyatı üçün heç bir təhlükə qalmayıb.
 
Səbirsizliklə tam sağ-salamat Bakıya, vətənə gəlməsini gözləyirik”-deyə Əhməd Qəşəmoğlu sevincini bölüşüb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook