Ukraynada müharibənin bitməsi ilə bağlı üç senari – Tomas Fridman
Mart 07
12:14
2022
Rusiya qoşunlarının Ukrayna ərazisinə daxil olmasından sonra hadisələrin gələcək inkişafı ilə bağlı üç ssenari var.
Qaynarinfo "The New York Times”a istinadla xəbər verir ki, bunu amerikalı jurnalist Tomas Fridman deyib.
Proqnozlara görə, birinci senari ən ağırdır. Digər ikisi daha yumşaqdır, lakin çox az ehtimal olunurlar.
Birinci ssenari:
Ekspert hesab edir ki, Qərb Putini dayandıra bilməsə, o, Ukraynanı yer üzündən silməyə gedəcək. Bu senari Avropanın nasist dövründən bəri görmədiyi miqyasda müharibə cinayətlərinə səbəb ola bilər.
"Müasir qloballaşan dünya heç vaxt bu səviyyədə hərbi cinayətlərdə ittiham olunan, ölkəsi 11 saat qurşağını əhatə edən, dünyanın ən böyük neft və qaz tədarükçülərindən biri olan və ən böyük nüvə başlıqları arsenalına malik olan liderlə qarşılaşmalı olmayıb”, - Fridman yazır.
İkinci senari:
Rusiyaya qarşı iqtisadi sanksiyalar qüvvəyə minəcək və hər iki tərəf güzəştə getməyə məcbur olacaq. "Atəşkəs və Rusiya qoşunlarının çıxarılması müqabilində Ukraynanın faktiki olaraq Rusiyanın nəzarətində olan şərq anklavları rəsmi olaraq Rusiyaya veriləcək və Ukrayna heç vaxt NATO-ya qoşulmayacağına açıq şəkildə söz verəcək. ABŞ və müttəfiqləri Rusiyaya qarşı bu yaxınlarda tətbiq edilmiş bütün iqtisadi sanksiyaları geri götürməyə razı olacaqlar”, - ekspert yazır.
Ekspertin fikrincə, bu senari az ehtimal olunur, ona görə ki, bu senari Putindən faktiki olaraq Ukraynanın reinteqrasiyası ilə bağlı öz vizyonunu reallaşdıra bilmədiyini etiraf etməyi tələb etmək deməkdir.
Üçüncü senari:
Ən az ehtimal olunan senari rusların ayağa qalxıb Putini devirməsidir.
"Minlərlə insan Putinin ağılsız müharibəsinə etiraz etmək üçün artıq küçələrə axışır. Onlar bunu öz təhlükəsizliklərini riskə ataraq edirlər. Və bunu söyləmək hələ tez olsa da, onların əks reaksiyası insanı qorxu maneəsi adlandırılan maneənin aşıb-aşa bilməyəcəyini düşünməyə vadar edir. Ki, bundan sonra kütləvi hərəkat nəhayət Putinin hakimiyyətinə son qoya bilər”, - ekspert qeyd edib.