SON XƏBƏR

Ukrayna Şahmat Federasiyasının vitse-prezidenti müharibədə həlak oldu

Noyabr 27
16:04 2023
Ukrayna Şahmat Federasiyasının vitse-prezidenti Artem Saçuk Rusiya ilə müharibədə həlak olub. 

"AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Şahmat Federasiyasının "Facebook”dakı mesajındaSaçuk könüllü döyüşçü adlandırılır. Qeyd olunur ki, o, bir çox beynəlxalq yarışların təşkilatçısı olub.

"Şahmat üzrə idmanustalığınanamizəd Saçuk Jitomirdən idi. Keçən il Rusiyanın Ukraynaya geniş miqyaslı müdaxiləsindən az sonra o, Ukrayna Silahlı Qüvvələrinə könüllü olaraq xidmət edib və leytenant rütbəsində olub. Onun ölümünü Jitomir hərbi komissarlığı təsdiqləyib”, - yerli media yazır.

Beynəlxalq Şahmat Federasiyası FİDE-yə rusiyalı Arkadi Dvorkoviç rəhbərlik edir. O, Rusiya hakimiyyətini birbaşa tənqid etməsə də, müharibəni pisləyib.

Ötən ilin martında Amerikanın "Mother Jones” jurnalına müsahibəsində Dvorkoviç müharibələrin ümidləri və istəkləri öldürdüyünü, münasibətləri və əlaqələri dondurduğunu və ya məhv etdiyini söyləyib.

Federasiya Rusiya və Belarus şirkətləri ilə sponsorluq müqavilələrinə rəsmi xitam verib. Eyni zamanda, rus şahmatçıları neytral bayraq altında yarışlarda iştirak edə bilərlər.

Ukrayna Şahmat Federasiyasının mövqeyinə görə, Dvorkoviç "birbaşa Kremlin xidmətçisi və Rusiyanın cinayətlərində şərikdir”.

Eyni zamanda, Ukrayna öz şahmatçılarının yarışlarda iştirakına tam qadağa qoyulduğunu qeyd edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook