SON XƏBƏR

Ukrayna Prezidenti: “Xersonun azad edilməsi müharibədə dönüş nöqtəsinin simvoludur”

Noyabr 15
10:53 2022
"Xersonun azad edilməsi müharibədə dönüş nöqtəsini simvollaşdırır”.

"Report” "RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski G20 sammitindəki onlayn çıxışı zamanı deyib.

O bildirib ki, müharibənin hansı tərəfin qələbəsi ilə bitəcəyi artıq məlumdur.

"Xerson ölkəmizin cənubundakı ən mühüm şəhərlərdən biridir və Rusiyanın fevralın 24-dən sonra ələ keçirə bildiyi yeganə regional mərkəzdir. İndi isə Xerson azad edilib”, - Ukrayna lideri vurğulayıb.
V.Zelenskinin sözlərinə görə, artıq insanlar savaşın hansı nəticə ilə başa çatacağını bilirlər.

Qeyd edək ki, noyabrın 11-də Xerson Rusiya işğalından azad olunub. V.Zelenski noyabrın 14-də Xersona səfər edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook