Kanadanın baş naziri ABŞ-nin yeni tariflərini qeyri-qanuni adlandırıb

İyun 05
08:20
2025
Kanadanın baş naziri Mark Karni Amerikanın yeni tariflərini qeyri-qanuni və əsassız adlandırıb.
"Report” xəbər verir ki, bu barədə hökumət başçısı jurnalistlərə deyib.
"Amerikanın polad və alüminiuma tətbiq etdiyi son rüsumlar əsassız və qeyri-qanunidir. Ottavaya cavab verməzdən əvvəl bir az vaxt lazımdır, amma çox deyil”, – deyə o bildirib.