Ukrayna MN-in kəşfiyyat rəisi: “İlin sonunadək Krıma girməliyik”
May 24
13:40
2022
"Bu ilin sonunadək minimum Krım ərazisinə daxil olmalıyıq”.
"Report” xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov ölkəsinin "Pravda” nəşrinə müsahibəsində söyləyib.
"Müharibənin aktiv fazası ilin sonunadək maksimal düşüşə keçməlidir. Rusiyanın normal müharibə aparmaq üçün 12 aylıq resursu var”, - o deyib.
K.Budanov bildirib ki, bu müharibə Krım yarımadası da daxil olmaqla işğal altındakı bütün ərazilərin azad olunması ilə nəticələnəcək.