Ukrayna latın əlifbasına keçə bilər
Sentyabr 13
01:18
2021
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib ki, ölkədə kiril əlifbasından latın əlifbasına keçilə bilər.
"Report" xəbər verir ki, bununla bağlı Danilov "Azadlıq radiosu"nun efirində danışıb.
Onun fikrincə, ölkədə yazılı dilini dəyişdirmək əsas işlərdən biridir.
Danilov, həmçinin ikinci dövlət dili statusunun ingilis dilinə verilməsini də təklif edib. Onun fikrincə, ingilis dili sivil ünsiyyət dili sayılır.
Bundan əlavə, katib Ukraynada uşaq bağçalarında ingilis dilinin tədrisinin tətbiq olunmasının zəruriliyini bildirib.