Ukrayna diaspor rəhbərimiz ermənilərə necə işlədi: “Aşot qalmaqalı” - VİDEO
Yanvar 13
23:41
2017
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevin 2016-cı il dekabrın 31-i - Yeni il gecəsi Kiyevdə sərgilədiyi yanlış hərəkətin ardından göstərdiyi çabalar Azərbaycanın imicinə ağır zərbə vurub
Bir neçə gündür mətbuatın gündəmini zəbt etmiş erməni diaspor rəhbərinin Qarabağla bağlı dediyi, sonra təkzib etdiyi məsələ indi düşmən dövlətin saytlarının manşetlərini bəzəyir. Ukrayna Erməniləri Konqresinin sədri Aşot Avanesyanın məlum çıxışı erməni diaspor rəhbərinin ikiüzlülüyü kimi deyil, daha çox Azərbaycan mətbuatının qeyri-peşəkarlığı kimi qələmə verilir.
Hadisənin səbəbkarı - Yen il gecəsini Ukrayna Erməniləri Konqresinin sədri Aşot Avanesyanla birlikdə dostcasına qarşılayan Azərbaycan diasporunun sədri isə mətbuatımızın sərt qınağı ilə üzləşəndən sonra müxtəlif manevrlərlə barəsində səslənən ittihamlardan yayınmaq xətti tutub. Rövşən Tağıyev nə qədər çalışsa da, nəinki özünü təmizə çıxarmağı bacarıb, əksinə, Azərbaycan ictimaiyyətini və mətbuatını aşağılamış olub.
Azərbaycanlı Rövşən Tağıyevin uzun illərdir dostluq etdiyi və yenil il gecəsi xatirə şəkli çəkdirməklə bir daha gündəmə gətirdiyi Aşot Avanesyan erməni diasporunun əsas simalarından biri, qondarma erməni soyqırımının tanınmasıyla bağlı Ukrayna parlamentinə göndərilən layihənin müəllifi, erməni lobbisinin gücü və böyük biznesi ilə Kiyevdə Azərbaycana qarşı olan bütün aksiyaların önündə gedən, Dağlıq Qarabağın "müstəqilliyinin” 20-ci "ildönümü” münasibəti ilə separatçıların lideri Bako Saakyana (məktubun skrini əlavə olunur) məktub ünvanlayan, daxili işlər naziri erməni əsilli Arsen Avakovunn yaxın dostudur.
Əlbəttə Ukraynada azərbaycanlıların təmsilçilərindən birinin erməni şovnisti ilə isti münasibətlər qurmasına və bunu nümayiş etdirməsinə ilk olaraq Azərbaycan mətbuatı reaksiya verdi. Ukrayna Azərbaycanlıları Konqresinin sədri isə BakiPost.az-a müsahibəsində dostluq etdiyi əsl erməninin Azərbaycanı sevdiyini, ölkəminizin ərazi bütövlüyünü tanıdığını bildirməklə məsələnin ört-basdır etməyə çalışdı: "Əgər o, Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, ona heç əl də verməzdim”.
Məhz bundan sonra azərbaycanlılara məxsus sosial şəbəkələrdə aktivlik nümayiş etdirən fəallar, ardındansa mətbuat Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədrini yalan danışmaqda, erməni ilə dostluq əlaqələrinin səbəblərinə don geyindirməkdə qınadılar. Vəziyyət bu həddə çatanda bizim "qəhrəman" vəziyyətdən çıxış yolları axtarmağa məcbur oldu.
Bu dəfə Aşot Avanesyanın APA-ya verdiyi açıqlaması yayıldı: "Düşünürəm ki, işğal olunmuş o rayonları, işğal olunmuş Azərbaycan ərazilərini qaytarmalıdırlar, elə də olacaq".
İnanılmaz və şok effekti yaradan olay. Aşot adlı, Avanesyan soyadlı erməni millətçinin Azərbaycan "sevdalısı" olması təsdiqini tapır? Heç inandırıcı deyil. Bu məntiqlə Rövşən adlı Tağıyev soyadlı azərbaycanlı "millətçi" belə erməni ilə dostluq etməliymiş. İlk baxışdan Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri istəyinə çatmış olur.
Ən əsası mən yazılanlardan fərqli olaraq, Ermənistan rayonu olan Vartaşyanın Calut kəndində anadan olmuşam”.
Bundan dərhal sonra Ermənistanın Ukraynadakı səfiri bəyanat yayır və Azərbaycan mətbuatının təxribatla məşğul olduğunu bildirir. Dalınca erməni mətbuatı, sonra sosial şəbəkələrdə açılan müzakirələr...
Vəziyyət o həddə çatır ki, "haqqın.az" saytı, erməni diaspor sədrinin fikirlərini yanlış təqdim etdiklərinə görə, oxuculardan üzr istəyir. Və bu dərhal erməni mətbuatında manşetdən yayınlanır.
Əslində, yuxarıda qeyd etdiyimiz kimi, Aşot Avanesyan Azərbaycanın xeyrinə olan ifadələr işlədib, sadəcə sonra anlayıb ki, məkrli xalqı onu rahat buraxmayacaq.
Hadisənin ağrılı məqamlarından biri, əslində ən birincisi ondan ibarətdir ki, ölkənin ideologiyasına zərb olan oyunun rejissoru Rövşən Tağıyevin hərəkətinə nə Azərbaycan Xarici İşlər Nazirliyi, nə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi, nə də Azərbaycanın Ukraynadakı səfirliyi münasibət bildirib. Rövşən Tağıyevin Dövlət Komitəsinin sədri Nazim İbrahimovla yüksək səviyyədə şəxsi münasibətləri olduğunu, onun qardaşı Sahib İbrahimovun biznesmenə açıq dəstək verdiyini nəzərə alsaq, Nazim müəllimdən münasibət gözləməyə dəyməz. Bəs Ukraynadakı səfirliyimiz miyə susur? Axı səfirimizin erməni həmkarı millətin təəsübkeşi olduğunu anındaca ortaya qoydu? Biz hələ də milli biganəliyin başımıza açdığı bəlalardan "həzz" almaqda davam edirik. Başqa tərəfdən, bir ölkənin səfiri təmsil etdiyi dövlətin maraqlarını qorumağa səy göstərməyəcəksə, niyə bu ağır missiyanı boynuna götürüb?
Suallara aydınlıq gələcək ümidi ilə növbəti dəfə də düşmən ölkənin mətbuatını susqunluqla izləmək zorunda qalmışıq. Erməninin əlinə azərbaycanlılara, xüsusən mediamıza qarşı kəskin hücuma keçmək fürsəti düşüb.
Xatırladaq ki, Rövşən Tağıyev dostluq etdiyi millətçi ermənini belə qələmə verib Azərbaycan ictimaiyyətini çaşdırmışdı: "Aşot Avanesyan Azərbaycanda doğulub, Bakı ermənisidir. Onunla dəfələrlə görüşümdə hər dəfə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və Serj Sarkisyan rejimini tənqid etdiyini görmüşəm. Azərbaycana və azərbaycanlılara hörmətini gizlətmir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu, əslində bizim milli maraqlarımıza xidmət edən məqamdır və bu cür insanlarla ünsiyyətdə olmaq bizim xeyrimizədir.

Erməni dostu onun arzusunu, çox güman ki, elə onun xahişi ilə yerinə yetirib. Aşot Avanesyanın səs yazısı da var, həqiqətən Azərbaycanın işğaldakı torpaqlarının qaytarılmasının vacibliyini dilə gətirib. Ola bilər: hər iki fərqli və düşmən ölkənin təmsilçilərini işğal faktı qarşı-qarşıya qoymalıydı, ancaq biznes maraqları daha ön plana çıxaraq onları bir-birinə möhkəm tellərlə bağlayaıb. Aşot Rövşənin istəyini "yola verim getsin, təki ortaq biznesimizə xələl gəlməsin" fəlsəfəsi ilə yerinə yetirsə də, erməni birliyinin təpkisi qarşısında duruş gətirməyi bacarmayıb və sözlərini dərhal təkzib edib. O, öz "Facebook” hesabına belə bir açıqlama yerləşdirib: "Azərbaycan Kütləvi İnformasiya Vasitələrində mənim adımdan açıqlama yayılıb. Öz tərəfimdən tam məsuliyyətimlə bəyan edirəm ki, bu, mənə qarşı təxribatdır. Harada doğulmasından və yaşamasından asılı olmayaraq "Dağlıq Qarabağ Respublikası” və Ermənistan Respublikası hər bir erməni üçün ən dəyərli varlıqdır. Yalnız erməni xalqının həmin regionda təhlükəsizliyinin tam təmin olunması şərti ilə hansısa kompromislərdən danışmaq olar.
Ən əsası mən yazılanlardan fərqli olaraq, Ermənistan rayonu olan Vartaşyanın Calut kəndində anadan olmuşam”.
Bundan dərhal sonra Ermənistanın Ukraynadakı səfiri bəyanat yayır və Azərbaycan mətbuatının təxribatla məşğul olduğunu bildirir. Dalınca erməni mətbuatı, sonra sosial şəbəkələrdə açılan müzakirələr...
Vəziyyət o həddə çatır ki, "haqqın.az" saytı, erməni diaspor sədrinin fikirlərini yanlış təqdim etdiklərinə görə, oxuculardan üzr istəyir. Və bu dərhal erməni mətbuatında manşetdən yayınlanır.
Əslində, yuxarıda qeyd etdiyimiz kimi, Aşot Avanesyan Azərbaycanın xeyrinə olan ifadələr işlədib, sadəcə sonra anlayıb ki, məkrli xalqı onu rahat buraxmayacaq.
Beləliklə, Azərbaycan mətbuatı yalan məlumat, təhrif olunmuş açıqlama yaymaqda günahlandırır, Ermənistan KİV orqanları bizim jurnalistlərin qeyri-peşəkar və yalançı obrazını yaradaraq, manşetlərini bəzəyirlər.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyevin özünün səhv hərəkətini ört-basdır etmək istəyi nəticədə mətbuatın imicinə xələl gətirmiş olur. Halbuki Azərbaycan tərəfi 20 ildən çoxdur ən böyük yalan və iftiranın məhz ermənilərin xislətinin məhsulu olduğunu sübut edir. Rövşən Tağıyevin oyunu isə təəssüf ki, bir başa düşmənin dəyirmanına su tökmüş oldu.
Hadisənin ağrılı məqamlarından biri, əslində ən birincisi ondan ibarətdir ki, ölkənin ideologiyasına zərb olan oyunun rejissoru Rövşən Tağıyevin hərəkətinə nə Azərbaycan Xarici İşlər Nazirliyi, nə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi, nə də Azərbaycanın Ukraynadakı səfirliyi münasibət bildirib. Rövşən Tağıyevin Dövlət Komitəsinin sədri Nazim İbrahimovla yüksək səviyyədə şəxsi münasibətləri olduğunu, onun qardaşı Sahib İbrahimovun biznesmenə açıq dəstək verdiyini nəzərə alsaq, Nazim müəllimdən münasibət gözləməyə dəyməz. Bəs Ukraynadakı səfirliyimiz miyə susur? Axı səfirimizin erməni həmkarı millətin təəsübkeşi olduğunu anındaca ortaya qoydu? Biz hələ də milli biganəliyin başımıza açdığı bəlalardan "həzz" almaqda davam edirik. Başqa tərəfdən, bir ölkənin səfiri təmsil etdiyi dövlətin maraqlarını qorumağa səy göstərməyəcəksə, niyə bu ağır missiyanı boynuna götürüb?
Suallara aydınlıq gələcək ümidi ilə növbəti dəfə də düşmən ölkənin mətbuatını susqunluqla izləmək zorunda qalmışıq. Erməninin əlinə azərbaycanlılara, xüsusən mediamıza qarşı kəskin hücuma keçmək fürsəti düşüb.
Xatırladaq ki, Rövşən Tağıyev dostluq etdiyi millətçi ermənini belə qələmə verib Azərbaycan ictimaiyyətini çaşdırmışdı: "Aşot Avanesyan Azərbaycanda doğulub, Bakı ermənisidir. Onunla dəfələrlə görüşümdə hər dəfə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və Serj Sarkisyan rejimini tənqid etdiyini görmüşəm. Azərbaycana və azərbaycanlılara hörmətini gizlətmir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu, əslində bizim milli maraqlarımıza xidmət edən məqamdır və bu cür insanlarla ünsiyyətdə olmaq bizim xeyrimizədir.
Aşotla son 4 ildə ictimai işlərlə bağlı tədbirlərdə sıx-sıx görüşlərimiz olur. Ona birbaşa sual verirəm ki, Aşot, sənin Qarabağla bağlı mövqeyin nədir? Özünüz də zəng edib Aşotdan soruşa bilərsiniz. O sizə cavab verəcək ki, Azərbaycan torpaqları işğaldan azad olunmalıdır. Başqa hara nə məktub göndərib, ya göndərməyib, bunu deyə bilmərəm. Amma millətindən asılı olmayaraq, bir insanın mövqeyi Azərbaycanın torpaqların işğaldan azad olunması yönündədirsə, keçmişdə nə etdiyi ilə bağlı nəsə demək düzgün deyil”.
Qlobal.az