SON XƏBƏR

Türkiyənin 19 vilayətində qar səbəbi ilə dərslərə fasilə verilib

Dekabr 31
14:22 2015
Türkiyənin 19 vilayətində güclü qar səbəbi ilə dərslərə fasilə verilib.
 
"Report"un NTV telekanalına istinadən verdiyi xəbərə görə, qarla əlaqədar bəzi vilayətlərdə yollar bağlanıb. Çorum, Samsun, Sivas, Tokat, Kastamonu, Karabük, Hakkari, Bolu, Düzce, Karaman, Nevşehir, Yozqat, Erzerum, Giresun, Rize, Ordu, Sakarya, Samsun, Kocaeli vilayətlərində təhsil müəssisələri bir və ya iki gün işləməyəcək. İstanbulda da bu gün məktəb və universitetlər fəaliyyət göstərməyəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook