Türkiyə vətəndaşlarını İraqa səfər etməməyə çağırıb
Avqust 30
08:48
2022
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına İraqın paytaxtında qeyri-sabit vəziyyətlə əlaqədar Bağdada səfərdən çəkinməyi tövsiyə edib.
"Report” xəbər verir ki, bu barədə Türkiyə XİN-in bəyanatında deyilir.
"Bağdadda təhlükəsizlik vəziyyətinin pisləşməsini nəzərə alaraq, vətəndaşlarımıza zərurət olmadıqca sözügedən şəhərə səyahət etməkdən çəkinmələri tövsiyə olunur”, - məlumatda bildirilir.
Nazirlik həmçinin ölkənin İraqdakı vətəndaşlarını kütləvi etirazların keçirildiyi yerlərə getməməyə çağırıb.