Türkiyə mətbuatı: İŞİD lideri ABŞ-ın Suriyadakı hərbi bazalarından birindədir
Dekabr 18
00:09
2017
İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadi hazırda ABŞ-ın Suriya ərazisində yerləşən hərbi bazalarından birindədir.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin "Yeni Şafak" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, o, İraqda yaxalanıb, ardınca Birləşmiş Ştatların Suriyanın Ras-əl-Ayn şəhərində yerləşən hərbi bazasına gətirilib. Sonra terrorçu oradan da ABŞ-ın Haseke-Rumeylandakı hərbi bazasına aparılıb.
İŞİD başçısının saxlanılarkən ayağından yaralandığı qeyd olunur.
Həmsöhbətin sözlərinə görə, Əl-Bağdadi ilə yanaşı terrorçuların 7 komandiri də tutulub.
Rusiya Müdafiə Nazirliyi iyunda Əl-Bağdadinin mayın 28-də Rəqqaya endirilən hava zərbələri nəticəsində öldüyü ilə bğlı ehtimalların olduğunu bildirib.
Qlobal.Az