SON XƏBƏR

Türkiyə İraqda istənilən əməliyyatlara hazırdır

İyun 07
00:40 2018
Ankara İraqın Qəndil bölgəsində əməliyyat aparmağa hazırdır.
 
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyənin DİN rəhbəri Süleyman Soylu deyib.
 
"Qəndil bizim üçün əvvəllər olduğu kimi elə də uzaq hədəf deyil”, -deyə nazir NTV telekanalının efirində bildirib.
 
Nazirin sözlərinə görə, İraqın şimalında fəaliyyət göstərən PKK terrorçu qruplaşması Türkiyə üçün təhlükə yaradır.
 
"Qəndil olana qədər, Diyarbəkir terrorçulardan azad olmayacaq. Türkiyə bundan sonra Qəndildə baş verənlərə kənardan tamaşa etmək niyyətində deyil. Həmin dönəmlər keçmişdə qalıb. Bu gün Türkiyə istənilən ərazidə istənilən vaxt istənilən miqyasda əməliyyat həyata keçirə bilər ”, -deyə Soylu vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook