SON XƏBƏR

Türkiyə ilə Rusiya arasında sürpriz görüş

Dekabr 13
15:33 2015
Rusiya Federasiyası Şurasının sədri Valentina Matviyenko və Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu Aşkabatda təşkil edilən beynəlxalq konfransda bir araya gəlib.
 
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Matviyenko görüşün qeyri-rəsmi formada reallaşdığını bildirib. Matvienko jurnalistlərə verdiyi açıqlamada deyib ki, iki ölkə arasındakı münasibətlərin qaydaya düşməsi üçün ilk növbədə Türkiyənin Rusiyadan üzr istəməsi lazımdır: "Rusiya və Türkiyə arasındakı vəziyyətin günahkarı biz deyilik. Türkiyə Rusiyaya qarşı aqressiv davrandı. Nə Rusiya, nə də Türkiyə Rusiya – Türkiyə əlaqələrinin pisləşməsini istəmirdi. Kim hücum edibsə, o da məsuliyyəti boynuna götürməlidir. Ümid edirəm ki, Türkiyə rəhbərliyi yaşananları düzgün bir şəkildə dəyərləndirib üzr istəyəcək. Qarşılıqlı inamın bərpası və əlaqələrin qurulması vacibdir”- deyə Matviyenko bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook