Türkiyə daha 2 Rusiya gəmisini həbs etdi
Dekabr 09
10:35
2015
Türkiyə limanlarına səfər edən 2 Rusiya gəmisi Samsun limanında həbs olunub.
Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, dekabrın 7-də Samsun limanında 7 rus gəmisi saxlanılıb.
Gəmilərdən 5-i yoxlanıldıqdan sonra buraxılsa da, 2 gəminin sənədləri qaydasında olmadığı səbəbindən həbs edilib.
Məlumatı Samsun valiliyi də təsdiqləyib. Valilikdən verilən məlumata görə, həbs olunan gəmilərin sənədləri qaydaya salındıqdan sonra həbsdən azad ediləcək.
Qeyd edək ki, bir neçə gün öncə Rusiyanın daha 4 gəmisi Türkiyə limanlarında həbs edilmişdi.



