SON XƏBƏR

Tramp Avropa İttifaqı ölkələrini hədələyib

Dekabr 20
11:53 2024
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Avropa İttifaqı (Aİ) ölkələrinin Vaşinqtonun enerji resurslarını almayacağı təqdirdə rüsumlar tətbiq etməklə hədələyib

"Report” xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə "Truth Social” sosial şəbəkəsində yazıb.

"Mən Aİ-yə xəbərdarlıq etdim ki, üzv ölkələr ABŞ ilə münasibətlərindəki kəsiri bizim böyük həcmdə neft və qazımızı almaqla bərpa etməlidirlər. Əks halda bu, daimi rüsumlarla nəticələnəcək!" - o qeyd edib.

Tramp ilk prezidentlik müddətində polad və alüminum idxalına yeni rüsumlar tətbiq edib. 2022-ci ilin sonunda Birləşmiş Ştatlar inflyasiya ilə mübarizə haqqında qanun qəbul etdikdən sonra ABŞ və avropalı tərəfdaşlar arasında növbəti ticarət müharibəsi başlayıb. Buna cavab olaraq Avropa İttifaqı Amerika mallarına rüsum tətbiq edib.

Aİ Trampın proteksionist siyasətə qayıdaraq Avropa İttifaqından gələn məhsullara rüsumları yenidən artıracağından narahatdır. O, artıq Çindən gələn mallara 10 faiz əlavə rüsum tətbiq edəcəyini vəd edib. Bundan başqa, Tramp yanvarın 20-də vəzifəyə başladıqdan sonra Meksika və Kanadadan daxil olan bütün mallara 25 faizlik tariflər tətbiq edilməsi haqqında fərman imzalayacağını bildirib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook