SON XƏBƏR

TQDK-nın regional bölmələrində seminarlar davam edir

Fevral 14
08:46 2016
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) regional bölmələri cari ildə keçiriləcək test imtahanlarına cəlb olunacaq zal nəzarətçiləri üçün seminar-məşğələləri davam etdirirlər.
 
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, qrafikə uyğun olaraq keçirilən seminar-məşğələlərdə Gəncə şəhəri üzrə 560, Şirvan şəhəri üzrə 204, Göyçay rayonu üzrə 219, Ağcabədi rayonu üzrə 272, Beyləqan rayonu üzrə 143, Füzuli rayonu üzrə 105, Saatlı rayonu üzrə 125, Salyan rayonu üzrə 212, Xızı rayonu üzrə 24, Oğuz rayonu üzrə 74, Qax rayonu üzrə 68, Biləsuvar rayonu üzrə 169, Cəlilabad rayonu üzrə 260, Zərdab rayonu üzrə 81, Ağdaş rayonu üzrə 155, Naxçıvan şəhəri üzrə 163, Şərur rayonu üzrə 126, Babək rayonu üzrə 106, Ordubad rayonu üzrə 85, Culfa rayonu üzrə 72, Şahbuz rayonu üzrə 36, Kəngərli rayonu üzrə 43, Sədərək rayonu üzrə 19 nəzarətçi iştirak edib.
 
Seminarlarda zal nəzarətçisinin hüquq və vəzifələri, davranış qaydaları, abituriyentlərlə işin təşkili və digər zəruri məsələlər diqqətə çatdırılıb, imtahan texnologiyasına aid film göstərilib. Eyni zamanda, rayon üzrə zal nəzarətçiləri üçün keçirilən onlayn testin nəticələri müzakirə edilib, nəzarətçi-müəllimlərin şəxsi anket məlumatları dəqiqləşdirilib.
 
İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün məşğələlər 25-30 nəfərlik qruplarla keçirilib. Seminar-məşğələlərdə iştirak edən müəllimlər TQDK tərəfindən aprel-may aylarında keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştiraka dəvət olunacaqlar.
 
Bu da onların seminarlarda qazandıqları nəzəri biliklərin təcrübədə tətbiqinə imkan yaradacaq.
 
Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər test imtahanlarına cəlb olunacaqlar.
 
Qlobal.az
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook