SON XƏBƏR

Terrorçular Suriyadan Türkiyə ərazisinə raket atıb - Ölənlər və yaralılar var

Noyabr 21
14:05 2022
YPG/PKK terror təşkilatının Türkiyənin Qaziantep şəhərinə raket atması nəticəsində həyatını itirənlərin sayı üçə çatıb.

Bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə, həlak olanlardan biri uşaqdır.

***

Terror təşkilatı YPG/PKK üzvləri tərəfindən Suriyanın şimalından Türkiyənin Qaziantep şəhərinə yenidən raket atılıb.

Raketlər Karkamış rayon mərkəzindəki orta məktəb, iki ev və Karkamış Sərhəd Qapısı yaxınlığında bir yük maşınına zərər vurub.
İlkin məlumata görə, 2 nəfər həyatını itirib, iki nəfərin vəziyyəti ağır olmaqla 6 nəfər yaralanıb.

Qeyd edək ki, ötən gün də sözügedən rayona raket hücumu olub. Terror təşkilatı YPG/PKK tərəfindən Karkamışa atılan 4 raket boş əraziyə düşüb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook