SON XƏBƏR

Tereza Mey hökuməti üçün son şans –“Brexit“ planı parlamentdən keçəcəkmi?

Mart 12
10:08 2019
Bu gün – martın 12-də Britaniya parlamenti Baş nazir Tereza Meyin "Brexit” planını səsə qoyacaq. Mey bir gün öncə deyib ki, Avropa Birliyindən "hüquqi qüvvəsi olan” təminatlar alıb.

Cəmi 17 gün sonra Britaniya Avropa Birliyindən çıxmalıdır. İndi əsas məsələ bunu razılaşmayla, yaxud onsuz baş verəcəyidir. Yanvarda Britaniya parlamenti Meyin təklifini rədd elədi.

Yeni razılaşma birlikdən çıxmanın yalnız şərtlərini əhatələyir. Britaniya ilə AB-nin gələcək münasibəti buraya daxil deyil. Sənədə görə, Britaniya 50 milyard dollar "ayrılma” pulu ödəməlidir, keçid müddəti iki illiyə nəzərdə tutulur. Ticarət, miqrasiya, təhlükəsizlik və səyahət məsələlərində isə şərtlər əsasən indiki kimi qalır.

Bundan başqa AB-dən çıxmanın ən mübahisəli İrlandiya ilə sərhəd məsələsində sərhədin açıq qalması nəzərdə tutulur.

Amma nə bugünkü, nə də gələcək səsvermələrin nizamlı "Brexit”i təmin edəcəyi hələlik, bəlli deyil.

May martın 11-də Avropa Birliyindən, Avropa Komissiyasının Prezidenti Jan Klod Yunkerdən hüquqi təminatlar alıb. "İndi bir araya gəlib bu təkmilləşdirilmiş Breksit sazişini dəstəkləməyin vaxtıdır”, – Mey deyib.

Yunker isə bunun London üçün son şans olduğunu vurğulayıb. "Sabahkı səsvermə alınmazsa, üçüncü şans olmayacaq. İnterpretasiyanın əlavə intrepretasiyası olmayacaq; yenidən təminata bir də təminat verilməyəcək”, – o deyib. (azadliq.org)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook