Təhsil Nazirliyinin şöbə müdiri Eşqi Bağırov şirkət yaradıb - Video
Avqust 31
01:43
2020
"Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırovun 2 ay əvvəl Milli Məclis sədrinin köməkçisi təyin edilmiş Hacıyev Fərid Famil oğlu ilə şərikli biznesi var".
Bu barədə araşdırmaçı-jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Daha sonra jurnalist bildirir: "Onlar "ALLURE" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİni 2008-ci ildə təsis ediblər".
Xatırladaq ki, Eşqi Bağırovla bağlı zaman-zaman mediada neqativ informasiyalar yayılıb. Onlardan birində Zəngilan rayonundan məcburi köçkün, Azərbaycan Respublikasının Əməkdar müəllimi, "Tərəqqi” medalı ilə təltif olunmuş, Təhsil Nazirliyinin kollegiyasının "Fəxri fərman”ına layiq görülmüş, respublika müəllimlərinin XIII qurultayının nümayəndəsi, Qarabağ müharibəsi veteranı, Zəngilan-Qubadlı 125 saylı Seçki dairəsinin, 26 saylı məntəqəsinin müdiri Cəbrayıl Şıxəliyev yarandığı gündən – 1994-cü ilin fevralından 2018-ci il aprelin 12-dək Zəngilan rayonu 4 nömrəli tam orta məktəbin direktoru işləmiş Cəbrayıl Şıxəliyev Eşqi Bağırovu ittiham edirdi:
Qlobal.az