SON XƏBƏR

Tatarıstanda “Azadlıq Radiosu”nun redaktoru saxlanıldı

Oktyabr 19
14:04 2023
"Azadlıq” radiosunun tatar-başqırd xidmətinin redaktoru Alsu Kurmaşeva Tatarıstanda saxlanılıb. O, "xarici agentlər” reyestrinə daxil edilməsi üçün sənədləri Ədliyyə Nazirliyinə təqdim etməməkdə (CM-nin 330.1-ci maddəsinin 3-cü hissəsi) ittiham olunur.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Moscow Times” məlumat yayıb. 

İstintaq həmçinin hesab edir ki, Kurmaşeva "hərbi məlumatlar”, o cümlədən Tatarıstan universitetlərindən birinin səfərbər olunmuş müəllimləri haqqında məlumat toplayıb və "xarici mənbələrə” ötürüb”, - "Tatar-inform” yazır. Hüquq-mühafizə orqanlarının məlumatına görə, jurnalist bu məlumatdan "müvafiq beynəlxalq orqanlar üçün alternativ analitik materiallar hazırlamaq və Rusiyanı nüfuzdan salan informasiya kampaniyaları aparmaq” üçün istifadə edib. Onu beş ilə qədər həbs gözləyir.

Kurmaşevanın Rusiya və ABŞ vətəndaşlığı var, lakin şəxsi olaraq "xarici agent” kimi tanınmır. O, Praqada yaşayıb və ailə səbəblərinə görə mayın 20-də Kazana uçub. İyunun 2-də o, Çexiyaya qayıdış reysini gözləyərkən saxlanılıb, hər iki pasportu əlindən alınıb və ABŞ vətəndaşlığını Rusiya hakimiyyət orqanlarında qeydiyyatdan keçirmədiyinə görə cərimələnib. O, sənədlərin qaytarılmasını gözləsə də, oktyabrın 18-də ona qarşı cinayət işi açılıb.

"Azad Avropa radiosu/Azadlıq Radiosu” media korporasiyasının prezidenti vəzifəsini icra edən Ceffri Qedmi Kurmaşevanın dərhal azad edilməsinə çağırıb. "Alsu həmkarları tərəfindən böyük hörmətə malikdir, ailəsində sadiq həyat yoldaşı və iki uşaq anasıdır. O, ailəsinə qayıtmaq üçün dərhal azad edilməlidir”, - deyə o bildirib. Azadlıq Radiosu və onun redaksiyası 2017-ci ildə Rusiya Ədliyyə Nazirliyi tərəfindən "xarici agent” elan edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook