Tanınmış vəkildən saxta dollarla bağlı xəbərdarlıq...
Yanvar 21
00:40
2016
Tanınmış vəkil Bəhruz Bayramov Moderator.az vasitəsilə ölkə vətəndaşlarına ilginc xəbərdarlıq etmək istədiyini bildirib.
Onun qənaətinə görə ölkədə dollar ajiotajından istifadə edən bəzi işbazlar saxta əskinasları dövriyyəyə buraxa bilərlər:
"Bankların hər şəxsə uzağı 500 dollar verməsiylə bağlı limit qoyulması bir çox iş adamını və xarici ticarətlə məşğul olan sahibkarları çətin duruma salıb. Onlar da məcbur olub qara bazara üz tuturlar və bu zaman fırıldaqçılar üçün asan yemə çevrilə bilərlər. Odur ki, fürsətdən istifadə edərək ölkə vətəndaşlarına səslənirəm ki, maksimum ehtiyatlı olsunlar və hətta qara bazardan əldə etdikləri valyutanı banklara müraciət edərək xüsusi qurğulardan istifadə etməklə saxta olub - olmadığını yoxlasınlar, nəzərə alsınlar ki, bu cür ajiotaj işbazlar üçün olduqca münbit şərait yaradıb və onlar saxta pullarla ölkəyə, onun vətəndaşlarına külli miqdarda ziyan vura bilərlər. Eyni zamanda xüsusi xidmət orqanlarına da səslənirəm ki, bu məsələdə son dərəcədə ayıq - sayıq olsunlar və bu cür fırıldaqçıların meydan sulamasına imkan verməsinlər".
Qlobal.az



