Talış kəndi uğrunda şəhidlik zirvəsinə ucalan qorxmaz kəşfiyyatçı - VİDEO
Yanvar 12
00:02
2021
Tamerlan Səfərov Vətən müharibəsinin ilk günündən şimal cəbhəsində döyüşlərə başlayıb. Düşmənin canlı qüvvəsinin və atış nöqtələrinin məhv edilməsində xüsusi xidmətləri olub. Oktyabrın 1-də Tərtərin Talış kəndi uğrunda gedən savaşda şəhidlik zirvəsinə ucalıb.
Qlobal.Az xəbər verir ki, Tamerlan Səfərov 2001-ci ildə Qubanın Səbətlər kəndində dünyaya göz açıb. Məktəb illərindən hərb sahəsinə böyük marağı olub. 2019-cu ildə əsgərliyini başa vurduqdan sonra xidmətdə qalaraq, qorxmaz kəşfiyyatçı kimi Vətənə qulluq etməyə başlayıb.
Şəhidin atası Cavad Səfərov bildirib ki, Tamerlan hərbi sahədə çalışmağı özü seçib. "Oğlum Ağdərə və Tərtərin Suqovuşan və Talış kəndləri istiqamətində döyüşürdü. Danışanda deyirdi ki, hər şey yaxşıdır, narahat olmayın. Deyirdim, müharibədir, özünü qoru. Hər dəfə də cavab verirdi ki, adam düşməndən qorxmaz. Son döyüşlərindən əvvəl bərk soyuqlamışdı. Komandiri ona icazə verib ki, hospitala getsin. Amma o, etiraz edib. Bildirib ki, döyüş yoldaşlarım savaşır, mən kənarda qala bilmərəm. Son döyüşdə də düşmənin 3 postunu məhv ediblər. Ermənilər Tamerlanı snayperlə vurublar”, - deyə şəhidin atası söyləyib.
"Tamerlan sakit təbiətli, çox mehriban uşaq idi. Müharibə başlayan gündən telefonla danışmışıq. Hətta sentyabrın 29-da zəng vuranda bacısına dedi ki, tez-tez zəng etməyin. Lazım olanda özüm zəng vuracağam. Döyüşün içində olduğunu bizə bildirmədi. Deyirdi ki, ana arxayın ol, hər şey yaxşı olacaq”, - deyə şəhidin anası Aybəniz Səfərova bildirib.
Şəhidin bacısı Əsli deyib ki, Tamerlan gələcəyi barədə fikirlərini, arzularını daha çox onunla bölüşürdü: "Qardaşıma görə çox narahat idim. Tez-tez zəng vurub ehtiyatlı ol deyirdim. O, isə gülürdü. Tamerlan məndən soruşurdu ki, xəbərlərdə cəbhədə baş verənlər barədə nə deyirlər? Deyirdim, filan yer azad olunub. Soruşurdum, sən də həmin döyüşdə idin? Dəqiq cavab bildirməyib, gülməklə sualımı cavablandırırdı. Vətənini çox sevirdi. Hər kəsə nəsib olmur şəhidlik zirvəsi. Qardaşımla fəxr edirəm”.

Tamerlan Səfərov Səbətlər kənd qəbiristanlığında dəfn olunub. Qəhrəman döyüşçü ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif edilib.
(azərtac)